Maraqlı Aforizmlər

“Hər fırtına həyatını pozmaq üçün gəlməz. Bəziləri yolunu təmizləmək üçün gələr.”

“Yelləncəkdən düşən bir uşaq, heç küsərmi parka?”

“Ölən bədən imiş, aşiqlər ölməz..”- Yunus Əmrə

Loading...

“Sevgisiz insan ,susuz ağaca bənzər.”

“Üstündən keçdiyin körpüləri dağıtma. Bəlkə bir gün geri dönmək məcburiyyətində qalarsan..”

“Deyir ki, gülün nazını çəkə bilməyəcəksənsə, nə tikana toxun, nə də gülü incit.”

“Sevdiklərinizə zaman ayırın,yoxsa zaman sizi sevdiklərinizdən ayırar.”William Golding

“İnsanlar əvvəl pul qazanmaq üçün sağlamlıqlarını, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını verərlər.” – İ. V. Höte

“Parıldayan hər şey qızıl olsaydı, qızıl çox ucuz olardı.”

Loading...

“Elə bir yol yoxdur üzərində heç bir ulduz olmasın.”

“Övladınıza güvənin! İnsan ona güvənənləre yalan demək istəməz.”

“İnsanı dəyərli edən fikirləri və xarakteridir.”

“Heç bir duyğu saf olabilmirdi.Çünki hər şeyin içinə qorxu və nifrət girmişdi.”

“Hər kəsin eyni yalana inanması onu gerçək etmir.”

“Bilməyib də bildiyini sanmaq,ən böyük axmaqlıqdır.”

“Bilən birinə nəsihət vermək gərəksizdir,bilməyən birinə yetərsizdir.”

“Ən kasıb olan insan heç bir düşüncəsi və fikri olmayandır.”

“Bilənlər danışmır,danışanlar bilmir.”

“Ər istəyəni məktəbə,elm istəyəni ərə verdikcə cəmiyyət dağılır…”

“İnsanın ən böyük silahı beynidir.”

Loading...

“Əgər həqiqəti həqiqətən bilmək istəyirsənsə,öyrən və düşün.”

“Kitablar əzbərləmək üçün deyil,öyrənmək və düşünmək üçün yazılır.”

“Öyrənməyən və düşünməyən beyin quru bir ağaca bənzər.”

“Ən böyük tənbəllik düşünməməkdir.”

“Tənbəllərin iş günü sabahdır.”

“Doğru qərarlar təcrübə sayəsindədir,təcrübə isə yanlış qərarlar sayəsində…”

“Nə həqiqəti söyləyən var,nə da anlayan…”

“Bir insanı anlamaq üçün nə söylədiyindən çox nə etdiyinə baxın.”

“İnamını itirən hər şeyini itirmişdir.”

“Ən böyük oğru zaman oğrusudur.”

“Səhvlərdən nəticə çıxaran üçün hər səhv bir təcrübədir.”

“Bəzən səssizlik ən böyük algışdır.”

“Bu dünya xüsusi bir labirint kimidir.Girişi asan,çıxışı çətin.”

“Həyatda qalmaq üçün hər kəs bir-birini öldürür.”

“Dünyada savaşlara xərclənən pullar ilə bütün yoxsulların ehtiyacları artıqlamasıyla ödənilə bilər.”

“Quru dualarla acları doyura bilmərsiniz.”

“Dövlətin oğurluğuna vergi,kapitalistin oğurluğuna mənfəət,vətəndaşın oğurluğuna cinayət deyilir.”

“Vicdanın səsi bütün qanunların üstündədir.” – Mahatma Qandi

“Bir ovuc insanın azadlığı xoşbəxtliyi milyonlara insanın bədbəxtliyi üzərində qurulub.”Səbuhi Quluzadə